Главная > Təhsil / Manşet > Masallıda “ZƏFƏR” kubokununa yekun vuruldu

Masallıda “ZƏFƏR” kubokununa yekun vuruldu


4-05-2022, 19:27. Разместил: admin44

Masallıda “Xəmsə” Milli intallektual Oyunu üzrə “ZƏFƏR” kubokununa yekun vuruldu
       
04 may 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəsissəsində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummili lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Xəmsə” Milli intallektual Oyunu üzrə “ZƏFƏR” kubokununa yekun vuruldu.
     
Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək qalibləri təbrik etmiş onlara “Xəmsə” Milli intellektual oyunu barədə geniş məlumat verərək, tədbirin keçirilməsində əsas məqsədin ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi həmçinin mktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olduğunu vurğuladı.
     
Qeyd edək ki, final mərhələsində qrup oyunlarında qalib olaraq finala vəsiqə qazanmış 8 məktəb komandası mübarizə aparmışdır.Belə ki, final mərhələsində bütün rəqiblərində güclü oyun sərgiləyən Yeyənkənd kənd Ə.İsmayılov adına tam orta məktəbin “Zero” komandası birinci yerin sahibi olaraq “ZƏFƏR” kubokunu qazandı, ikinci yerə Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin “Zirvə” komandası, üçüncü yerə Xırmandalı kənd X.Məmmədov adına tam orta məktəbinn komandası, fərqləndiyinə görə isə Bədəlan kənd tam orta kəktəbin “Xarıbülbül” komandası diplomlarla mükafatlandırıldı
       
Yarışda qalib gəlmiş komandalara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırıldı.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад