Главная > Təhsil > Masallıda “Breyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi

Masallıda “Breyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi


6-05-2022, 18:01. Разместил: admin44

06 may 2022-ci il tarixdə “ASAN” xidmət İntellektual İnkişaf Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Breyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi  keçirilib.
     
Tədbirin mükafatlandırılma mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova , Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin müdiri Fuad Mənsimov və Vətən müharibəsi iştrakçısı Ceyhun Qurbanov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışılıb. Qeyd edib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini bildirərək birincilikdə qalib gəlmiş komandaları təbrik etmişlər.
   
Yarışın yekun nəticəsinə əsasən birinci yerə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbinin komandası, ikinci yerə Xıl kənd Ə.Bəylərbəyov adına tam orta məktəbin komandası, üçüncü yerə Sığdaş kənd tam orta məktəbin komandası layiq görülmüşlər.
     
Qeyd edək ki, Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə aprel ayının 7-dən başlanılan “Xəmsə” Milli İntellektual Oyununda ümumilikdə 50 komanda 250-ə yaxın X-XI sinif şagirdləri mərhələlər üzrə iştirak etmiş və finalda ikinci yeri tutmuş 8 komanda “Breyn rinq” intellektual bilik yarışında iştrak etmək hüququ qazanmışlar
     
Müsabiqədə qalib gəlmiş məktəb komandaları Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılmışlar.




"Yeni həyat" qəzeti,
  www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад