Главная > Təhsil > M.P.Vaqifin anadan olmasının 300 illiyi məktəblərdə qeyd edilib

M.P.Vaqifin anadan olmasının 300 illiyi məktəblərdə qeyd edilib


30-12-2017, 17:49. Разместил: yeni321

M.P.Vaqifin anadan olmasının 300 illiyi məktəblərdə qeyd edilib


S.Tağıyev adına Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Məktəbin direktoru Namik Ağayev M.P.Vaqifin Azərbaycan ədəbiyyatındakı movdeyindən, ədəbiyyatımızın inkişafı üçün əvəzolunmaz xidmətlərindən danışıb. Azərbaycan dili və ədəbiyyatı müəllimi Q.Qəniyev M.P.Vaqifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, nikbin şairin yaradıcılığı həyatın gözəlliklərindən alınan zövq, gələcəyə ümid və inam üzərində köklənib.

 

Məktəblilər şairin şeirlərindən söyləyib, S.Vurğunun “Vaqif” dramı əsasında hazırladıqları ədəbi-bədii kompozisiya təqdim ediblər. Şagirdlərin ifa etdiyi səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Masallı RTŞ-nin əməkdaşı Ə.Mahmudov tədbir iştirakçılarına , xüsusən də təşkilatçılara və səhnəciklərdə rol alan şagirdlərə minnətdarlıq bildirib , bu cür tədbirlərin keçirilməsini şagirdlərin təlim-tərbiyəsi ücün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin M.P Vaqifin həm şair, həm də ictimai xadim kimi dəyərli şəxsiyyət olduğunu diqqətə çatdırıb.


                                                                           ***


Güllütəpə kənd tam orta məktəbində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş ədəbii-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlham Əsədov müəllim və şagirdləri,valideynləri salamlayaraq, M.P. Vaqifin həyat və yaradıcılığı haqda məlumat verib.
Şagirdlərin ifasında şairin şeirləri dinlənilib.

 
“Gənc ədəbiyyatçılar” dərnəyinin üzvləri S.Vurğunun ”Vaqif ” dramından hazırladıqları parçaları tamaşaçılara nümayiş etdiriblər.
Səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 “Yeni həyat”,
  www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад