Главная > Təhsil > “ Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

“ Azərbaycanın taleyini dəyişən zəfər tarixi”


10-06-2022, 20:52. Разместил: admin44

İyunun 10-da Masallı Tarix- Diyarşünaslıq Muzeyi  tərəfindən 15-İyun Milli Qurtuluş gününə həsr olunmuş  “ Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Tarixi dərsində Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin əməkdaşı Çingiz Qurbanov  “ Azərbaycanın taleyini dəyişən zəfər tarixi”  mövzusundakı mühazirəsində Heydər Əliyevin respublikamızın müstəqilliyi, inkişafı, tərəqqisi və möhkəmləndirilməsi naminə gördüyü işlərdən geniş məlumat verib.

Sonra iştirakçılar ”Heydər Əliyev və Azərbaycan “ adlı sənədli  filmi izləyiblər.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад