Главная > Təhsil / Manşet > Məzunları yüksək nəticə göstərən təhsil müəssisələrinin adları açıqlanıb

Məzunları yüksək nəticə göstərən təhsil müəssisələrinin adları açıqlanıb


7-07-2022, 08:48. Разместил: admin44

Respublikanın ümumi təhsil müəssisələri abituriyentlərinin II mərhələdə imtahan fənləri üzrə cavablarının statistik təhlili göstərir ki, əksər fənlər üzrə üstünlük lisey tipli təhsil müəssisələri məzunlarının tərəfindədir.

Bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, kənd rayonlarının bəzi məktəblərinin məzunları da bir neçə fənn üzrə yaxşı nəticə göstərib. Həmin məktəblər arasında Masallıdan olan iki məktəbin adı göstərilir. Belə ki, rayonun Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbi fizika və kimya fənləri üzrə, 4 nömrəli Digah tam orta məktəbi isə tarix fənni üzrə yüksək nəticələr göstərib.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад