Главная > Təhsil > İxtisas seçimində mentorluq forumu keçirildi

İxtisas seçimində mentorluq forumu keçirildi


13-07-2022, 17:38. Разместил: admin44

İyulun 13-də Masallı Rayon Mədəniyyət Evində Lənkəran-Astara Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Asssosiasiyasının təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı ilə IX-XI siniflərə dərs deyən müəllimlər üçün ixtisas seçimində mentorların hazırlanması ilə bağlı “ixtisas seçimində mentorluq” forumu keçirildi.

Forumda Masallı Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələləri şöbəsinin müdiri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Masallı Rayon Təhsil Sektorunun müdiri, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının nümayəndələri, “PsixoSən” onlayn psixoloq və özünü inkişaf şirkətinin təmsilçiləri və 300-ə yaxın müəllim iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Forum dəyərli spikerlərimizin Bəhruz Əzimov "Təhsil Tələbə Krediti Fondu", Lalə Bilalova "Təhsil və karyera planlaması", Toğrul Ələkbərov "Qərar üçbucağı", Əli Qurbanlı "Sabaha hazır ol", Lalə Rəsulova "Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının fəaliyyəti" kimi mövzularda, ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, ixtisas qruplarına daxil olan seçimlər, karyera planlaması, təhsil və karyera istiqamətində psixoloji vəziyyətlə bağlı maarifləndirmə haqqında öz dəyərli bilik və təcrübələrini bölüşməsi və panel müzakirələrlə davam etdi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад