Главная > Təhsil > Masallıda ingilis dili danışıq dərsləri

Masallıda ingilis dili danışıq dərsləri


1-08-2022, 17:11. Разместил: admin44

Masallıda ödənişsiz İngilis dili danışıq dərsləri keçirilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “Dil klubu” daxilində İngilis dilində danışıq dərsləri fəaliyyətə başlayıb.
 
Klub çərçivəsində həyata keçiriləcək dərslərdə gənclər həftədə iki dəfə olmaqla iştirak edəcəklər. Dərslər 3 aylıq müddəti əhatə edəcək.
İngilis dili danışıq dərslərinin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, ingilis dilinin öyrənilməsinə köməklik həmçinin dünya görüşünün artırılmasıdır.
Qeyd edək ki, İngilis dilində danışıq dərsləri silsilə olaraq davam edəcək və hər ayın sonu yeni qruplar yaradılması nəzərdə tutulur.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад