Главная > Təhsil > FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib


15-01-2018, 16:15. Разместил: yeni321
 
FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib


 Yanvarın 10-da Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Mahmudavar kənd tam orta məktəbində “Şagird və müəllimlərin fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə hazırlanması” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Cənub Regional Dövlət ərazi orqanlarla iş şöbəsinin rəisi İzzət Bağırov, ictimaiyyətlə əlaqə sektorunun müdiri Zaur Hüseynov, fövqəladə hallardan xəbərdarlıq edilməsi və mülki-müdafiə işinin təşkili şöbəsinin baş zabiti Rövşən Rzayev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Maarifləndirmə tədbirini açan Masallı RTŞ-nin metodisti, rayon Mülki-Müdafiə Qərargahının rəisi Əyyar Bürhanov mövzu ilə bağlı açıqlama verib.
Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.
Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürücü balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, tanış olmayan su hövzələrində çimərkən təhlükəsizlik qaydaları barədə danışılıb, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Tədbiri Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva yekunlaşdırıb.


  “Yeni həyat”,
 www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад