Главная > Təhsil > Masallıda İngilis dili danışıq dərsləri keçirilir

Masallıda İngilis dili danışıq dərsləri keçirilir


22-08-2022, 18:33. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “Dil klubu” daxilində İngilis dilində danışıq dərsləri davam edir.

 Klub çərçivəsində həyata keçirilən dərslərdə gənclər ingilis dilində yeni sözlər öyrənir, öyrəndiklərini danışıqda tətbiq edirlər. Dərslər həftədə iki dəfə keçirilir və 3 aylıq müddəti əhatə edəcək.

İngilis dili danışıq dərslərinin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, ingilis dilinin öyrənilməsinə köməklik, həmçinin dünya görüşünün artırılmasıdır.

İngilis dilində danışıq dərsləri silsilə olaraq davam edəcək və hər ayın sonu yeni qruplar yaradılması nəzərdə tutulur.

Dərslərdə iştirak etmək istəyən 14-29 yaşlı gənclər GİKM-in Masallı nümayəndəliyinə müraciət edə bilər.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад