Главная > Təhsil > Xalqın hüzn və şərəf günü

Xalqın hüzn və şərəf günü


16-01-2018, 14:44. Разместил: yeni321
Xalqın hüzn və şərəf günü

Yanvarın 15-də Masallı rayon Heydər Əliyev Mərkəzində şəhər 1 və 2 nömrəli tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilkə 20 Yanvar faciəsinin 28 -ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə " 20 Yanvar hadisələri şagirdlərin gözü ilə" adlı rəsm sərgisi keçirilmiş, "Qanlı 20 Yanvar faciəsi " mövzusunda mühazirələr oxunmuşdur.
 
Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən artıq 28 il keçir. Ancaq həmin o günlər xalqımızın yaddaşında əbədi həkk olunub. Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür.
 
Sonra Mərkəzin elmi işçisi Aybəniz Novruzova "Qanlı 20 Yanvar faciəsi" mövzusunda mühazirəsi dinlənilmişdir.

Sonda Mərkəzin 3D kinozalında 20 Yanvar hadisələrindən bəhs edən video material nümayiş etdirilmişdir.

  
“Yeni həyat”,
  
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад