Главная > Təhsil > “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda inşa-yazı müsabiqəsi

“20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda inşa-yazı müsabiqəsi


16-01-2018, 15:13. Разместил: yeni321
“20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda inşa-yazı müsabiqəsi


Yanvar 16-da Masallı rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində məktəblilər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir”mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir.
Öncə 20 yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  
Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov bildirmişdir ki, müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, istedadlı məktəblilərin üzə çıxarılmasından ibarətdir.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir.
 
Rüdəkənar kənd tam orta məktəbinin şagirdi Fatimə Hidayətova birinci, Bala Kolatan kənd tam orta məktəbinin şagirdi Sevinc Ağayeva, “Dəfinə” məktəb-liseyinin şagirdi Aydan Əşrəfova ikinci, Binə Xocavar kənd tam orta məktəbinin şagirdi Fatimə Həsənova, İsgəndərli kənd tam orta məktəbinin şagirdi Əsmər Sadiqzadə üçüncü yerə layiq görülmüşlər.
Qaliblər rayon gənclər və idman idarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Yeni həyat”,
 
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад