Главная > Təhsil > Masallıda “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir

Masallıda “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir


15-09-2022, 17:59. Разместил: admin44

Sentyabrın 15-də Masallı rayon Mərkəzi Kitabxanasında 15 sentyabr "Bilik Günü" ilə əlaqədar “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Şəmsurə Nəsirova 15 sentyabr “Bilik Günü” ilə bağlı iştirakçılara məlumat verib.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhəddində olan son hərbi əməliyyatlarla əlaqədar ümumtəhsil məktəblərdə cari tədris ilinin ilk günü “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunub.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад