Главная > Təhsil > Naxçıvanın müdafiəsində iştirak edən Əli bəy Əzimbəyov kim olub?
Naxçıvanın müdafiəsində iştirak edən Əli bəy Əzimbəyov kim olub?16-01-2018, 18:03. Разместил: yeni321 |
Naxçıvanın müdafiəsində iştirak edən Əli bəy Əzimbəyov kim olub? Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” təlim iştirakçısı tərəfindən erməni daşnaklarının Naxçıvana və ətraf qəzalara hücumlarının qarşısının alınmasında fəal iştirak edən Əli bəy Əzimbəyovun həyatı və döyüş yolu haqqında “Azərbaycanca Vikipediya”da məqalə yaradılaraq oxucuların istifadəsinə verilib. Məlumatla daha ətraflı https://az.wikipedia.org/wiki/%C6%8Fli_b%C9%99y_%C6%8Fzimb%C9%99yov linkində tanış olmaq mümkündür. AXC-nin 1919-cu il 25 mart tarixli müvafiq əmri ilə Naxçıvanın bir qrup döyüşçüsünə göstərdikləri şücaətlərə görə hərbi rütbə verilir. Şərur və Naxçıvan qəzalarını erməni daşnak quldurlarından azad edən naxçıvanlı döyüşçülərin adları hərbi nazir, artilleriya generalı Səməd bəy Mehmandarovun imzaladığı əmrdə verilib. Polis döyüşçülər arasında praporşik hərbi rütbəsi alanlardan biri də Əli bəy Əzimbəyovdur. Əli bəy Naxçıvanda dövrünün maarifçi şəxsiyyətlərindən olub. O, övladlarının ali təhsil almaları üçün çalışıb. Əli bəy Əzimbəyovun oğlu Aydın Əzimbəyov Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, ölkəmizin Özbəkistanda ilk səfiri olub. A.Əzimbəyov iki qardaş ölkə arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayıb. AZƏRTAC. Вернуться назад |