Главная > Təhsil > Masallı məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası

Masallı məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası


7-10-2022, 23:30. Разместил: admin44

Masallı rayonunda fəaliyyət göstərən məktəblərin şagirdləri üçün Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilib.

Burada onlara Mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat, fotoşəkillər, kitablar haqqında ətraflı məlumat verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Ekskursiyalar şagirdlərdə xoş təəssürat yaradıb. Sonda xatirə şəkilləri çəkdirilib.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад