Главная > Təhsil > 20 Yanvar – Vətənpərvərlik məktəbi

20 Yanvar – Vətənpərvərlik məktəbi


17-01-2018, 17:20. Разместил: yeni321
 
20 Yanvar – Vətənpərvərlik məktəbi
 
20 Yanvar faciəsi ilə bağlı Masallı Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya zalında foto-sərgi təşkil olunmuşdur.
Sərgiyə baxış keçirilərək məktəblilərə müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhidlərimiz və faciə ilə bağlı məlumat verilmişdir.
Muzeyin direktoru Əntiqə Tağıyeva  bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü oldu. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın xatirəsi daim yad ediləcəkdir.
20 Yanvar faciəsindən 28 il ötür. Şəhidlərimiz - müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün bir qürur mənbəyidir.
Bu Vətənpərvərlik məktəbidir.

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад