Главная > Təhsil > Masallıda “İnşa-yazı” müsabiqəsi

Masallıda “İnşa-yazı” müsabiqəsi


10-10-2022, 17:32. Разместил: admin44

Masallıda şagirdlər arasında “İnşa-yazı” müsabiqəsinə yekun vurulub.

10 oktyabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” SXM-nin və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin II ildönümü münasibəti ilə Masallı rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Zəfər qələbəmiz şanlı tariximizdir” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilib.

Əvvəlcə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin mükafatlandırma mərasimində 44 günlük Vətən müharibəsindən, həmin müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi Qələbədən söz açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov həmin qələbəni gələcək nəsillərə çatdırmaq, gənclərdə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə keçirilən tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Müsabiqənin yekun nəticəsinə əsasən: Masallı şəhər 3 saylı tam orta məktəbin X sinif şagirdi Səfərova Səma Saleh qızı birinci yerə, Masallı şəhər “Dəfinə” məktəb-liseyinin lX sinif şagirdi Musayeva Nuray Ceyhun qızı ikinci yerə, Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin lX sinif şagirdi Əliyeva Fidan Rasif qızı üçüncü yerə, fərqlənməyə görə isə Masallı rayon Bədəlan kənd tam orta məktəbin Xl sinif şagirdi Rzayeva Aynurə Famil qızı layiq görülüblər.

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər diplomlarla təltif olunublar.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад