Главная > Təhsil > Gənclər gününə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə Masallı rayon birinciliyi keçirilib

Gənclər gününə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə Masallı rayon birinciliyi keçirilib


26-01-2018, 21:53. Разместил: yeni321
 
Gənclər gününə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə Masallı rayon birinciliyi keçirilib

Yanvarın 26-da Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual Mərkəzində 2 fevral Azərbaycan gəncləri gününə həsr olunmuş tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi  keçirilmişdir.
Tədbirdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Şaban Əliyev bildirmişdir ki, bilik yarışının keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması, Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında maarifləndirilməsi, asudə vaxtın səmərəli təşkili olunmasıdır.
Gərgin şəraitdə keçən bilik mübarizəsində Bala Kolatan kənd tam orta məktəbinin komandası birinci, S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin komandası ikinci, Bədəlan kənd tam orta məktəbinin komandası isə üçüncü yeri tutmuşdur.
Qalib komandalar rayon gənclər və idman idarəsinin kubok, diplom və medalları ilə təltif edilmişdir.

Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад