Главная > Təhsil > Masallıda şəhər məktəbləri arasında intellektual bilik yarışı
Masallıda şəhər məktəbləri arasında intellektual bilik yarışı3-11-2022, 20:54. Разместил: admin44 |
![]() Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Şuşa ili və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş Masallı şəhər məktəbliləri arasında intellektual bilik yarışı keçirilib. Masallı şəhər 4 nömrəli tam orta məktəbində baş tutan yarışda şəhər məktəbləri üzrə ümumilikdə 8 komanda iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 3 turdan ibarət gərgin mübarizənin sonunda N. Nərimanov adına şəhər 2 nömrəli tam orta məktəb 1-ci yerə , N. Əsgərli adına şəhər 3 saylı tam orta məktəb 2-ci yerə, «Dəfinə» məktəb liseyi isə 3-cü yerə layiq görülüb. Yekunda digər komandalara da iştiraklarına görə təşəkkürnamələr təqdim olunub. ![]() “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |