Главная > Təhsil > Məktəblilər üçün informasiya texnologiya dərnəkləri

Məktəblilər üçün informasiya texnologiya dərnəkləri


5-12-2022, 17:59. Разместил: admin44

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş “Start IT Dərnəkləri” layihəsinə start verilib.

Layihənin açılış tədbiri və ilk təlimi Masallı rayonunun Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbində təşkil olunub.

Təbdir öncəsi torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri Rəhman Məmmədov layihənin donoru və məqsədi barədə məlumat verib. O, qeyd edib ki, layihə məktəblilərin informasiya texnologiyalarına marağının artırılması, rəqəmsal bacarıqlara yiyələnməsi və bu sahədə yeni biliklərin əldə edilməsini özündə əks etdirir: “dörd ay davam edəcək layihə Masallı rayonunun 8 məktəbində, ümumilikdə 100-ə yaxın şagirdi əhatə edəcək. Hər məktəbdə iki günlük dərnəklər təşkil olunacaq. Layihənin təlimçisi Leyla Məmmədova, eksperti Rafət Şirəliyevdir.”

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektorunun müdir müavini Samit İslamov bu cür layihələrin şagirdlər üçün faydalı olduğunu, onların əldə etdiyi məlumatlarla doğru ixtisas və peşə seçiminə təsir göstərdiyini, eləcə də müasir təhsil və ixtisasların informasiya texnologiya biliklərilə əlaqəli olduğunu diqqətə çatdırıb.

Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbinin direktoru İsa İbadov və digər müəllimlər layihənin onların məktəbində start götürməsindən məmnunluq duyduqlarını vurğulayıblar.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад