Главная > Təhsil > Ümumtəhsil məktəblərinin Respublika birinciliyinin rayondaxili yarışları

Ümumtəhsil məktəblərinin Respublika birinciliyinin rayondaxili yarışları


5-12-2022, 18:02. Разместил: admin44

Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif idman növləri üzrə respublika birinciliyinin rayondaxili yarışlarına start verilib.
Masallı Rayon Olimpiya İdman Kompleksində rayon məktəbliləri arasında atletika idman növü üzrə rayondaxili yarışları keçirilib.    

Yarışların rayon mərhələsinə 66 məktəbdən 300 nəfərdən artıq idmançı (qız və oğlan olmaqla) qatılıb.

Gərgin mübarizə şəraitində keçən yarışların nəticəsinə görə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası birinci, Qəriblər kənd orta məktəbinin komandası ikinci, M.İbayev adına Səmidxan kənd orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov bildirib ki, yarışların keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад