Главная > Təhsil > “Breyn rinq” intellektual bilik yarışı

“Breyn rinq” intellektual bilik yarışı


26-01-2023, 23:30. Разместил: admin44

26 yanvar 2023-cü il tarixində ”Gənclər həftəsi” çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı rayon Gənclər və İdman İdarəsin və Lənkəran-Astara Regional Təhsil idarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Masallı “ASAN” İntellektual İnkişaf Mərkəzində Masallı rayon tam orta ümumi təhsil məktəblərinin şagirdləri arasında “Breyn Rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib. Tədbirin mükafatlandırılma mərasimində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı RTS-nun əməkdaşı Əyyar Bürhanov və Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək tədbirin məqsədi barədə məlumat verib, yarış iştirakçılarını Gənclər günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən rayon birinciliyinin yekun nəticələrinə əsasən, Masallı rayonu Bala Kolatan kənd tam məktəbin “Bigbank” komandası birinci, N.Həsənov adına Gəyəçöl kənd tam orta məktəbin ”Viktoria” komandası ikinci, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin “Gənclər” komandası üçüncü yerə layiq görülüblər. Fərqləndiyinə görə isə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin “Ulduz” komandası diplomla mükafatlandırılıb.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад