Главная > Təhsil > Ali Hərbi məktəbə qəbulla bağlı maarifləndirici tədbir

Ali Hərbi məktəbə qəbulla bağlı maarifləndirici tədbir


8-02-2023, 10:48. Разместил: admin44

08 fevral 2023-cü il tarixdə Lənkəran-Astara Regional Təhsil idarəsi, Masallı Təhsil sektorunun təşkilatçılığı ilə R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində Ali Hərbi məktəbə qəbulla bağlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə nazirlirliyinin əməkdaşı, baş leytenant Rauf Baxışov və Lənkəran-Astara Regional Təhsil idarəsi, Masallı Təhsil sektorunun hərbi işlər üzrə inspektoru, kapitan Əyyar Burhanov şagirdlər qarşısında çıxış edərək Ali Hərbi Məktəbə qəbul və onun istiqamətləri ilə bağlı ətraflı məlumat verdilər.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад