Главная > Təhsil / Maraqlı > Masallı məktəblərində Xocalı soyqırımına həsr edilən tədbirlər keçirilib

Masallı məktəblərində Xocalı soyqırımına həsr edilən tədbirlər keçirilib


24-02-2023, 21:10. Разместил: admin44

Masallı rayonunun təhsil müəssisələrində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr edilən xüsusi dərslər keçirilib, tədbirlər təşkil olunub.
Tədris olunan dərslər zamanı XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş Xocalı soyqırımından bəhs edilib.
Dərslər torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Həmçinin tədris ocaqlarında Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil edilib, sənədli filmlər nümayiş olunub.
Həyata keçirilən tədbirlər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli soyqırımı haqqında məlumat vermək, məktəblilərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.
 








Akif AĞAYEV



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад