Главная > Təhsil > Masallıda “Xocalı əsrin faciəsidir” adlı müsabiqə

Masallıda “Xocalı əsrin faciəsidir” adlı müsabiqə


16-02-2018, 16:57. Разместил: yeni321

 
Masallıda “Xocalı əsrin faciəsidir” adlı müsabiqə
 
Masallı Rayon Gənclər- İdman İdarəsinin, təhsil şöbəsinin və Masallı regional Mədəniyyət və Turzim şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 26 fevral – Xocalı Soyqırımı Günü ilə əlaqədar “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında “İnşa-yazı”, “Rəsm” və “Əl işləri” müsabiqələri keçirilmişdir.
Tədbirdə əvvəlcə Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müsabiqənin məqsədinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri gənc nəsillərə çatdırmaq, gənclərimiz arasında milli vətənpərvərlik ruhunun təbliği olduğunu bildirib. Xalqımızın milli azadlıq və müstəqillik yolunda mübarizə tarixinin gənc nəsillərimiz tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edən C.Manafov bu baxımdan belə tədbirlərin, müsabiqələrin vacibliyini vurğulayıb.
Masallı Rayon Təhsil Şöbəsinin metod kabinetin müdiri Bəybala Xəlilov, şəhər 2 nömrəli tam orta məktəbin dil- ədəbiyyat müəllimi Şakir Xəlilov, Rəsm Qalareyasının direktoru Tofiq Fərəcov və başqaları ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, dəhşətli cinayətlərdən danışıblar. Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı soyqırımı törədiblər.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. “Rəsm və Əl İşləri” müsabiqəsində Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Yusif Əsgərov birinci , N.Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbinin şagirdi Aysu Gözəlova ikinci, “Dəfinə” məktəb-liseyinin şagirdi Rəvan Əliyev üçüncü yerə layiq görülüblər.
“İnşa-yazı” müsabiqəsində Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbin şagirdi Rəvan İbayeva Nigar birinci, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin şagirdi Fatimə Qəzənfərova ikinci, Hüseynhacılı kənd tam orta məktəbin şagirdi Günay Abdullayeva üçüncü yerə layiq görülmüşlər.
Müsabiqə qalibləri rayon gənclər və idman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Yeni həyat”,
 
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад