Главная > Təhsil > Heydər Əliyev irsinin öyrənilməsi - şəhər 1 saylı tam orta məktəbi

Heydər Əliyev irsinin öyrənilməsi - şəhər 1 saylı tam orta məktəbi


17-03-2023, 18:49. Разместил: admin44

Martın 17-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü,  Mərkəzi Kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin V,Vll,Vlll sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsillərə ümumilli lider Heydər Əliyev irsinin təbliğ olunması, vətənpərvərlik hissinin aşılanması və bədii ədəbiyyata maraq oyatmaq olmuşdur.

Tədbirdə çıxış edən kitabxana əməkdaşları Şəmsurə Nəsirova və Gülər Piriyeva ümumilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, milli dövlətçiliyin və milli maraqların qorunmasında müstəsna xidmətlərindən danışıblar. Onlar bildiriblər ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə sabitlik və inkişafı təmin edən siyasi kursu onun layiqli varisi, dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Tədbirin gedişində kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub. Sonda məktəblilər kitabxana fonduna yeni daxil olan kitablara abunə  yazılıblar.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад