Главная > Təhsil > Masallı məktəbliləri narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər barədə məlumatlandırılıblar

Masallı məktəbliləri narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər barədə məlumatlandırılıblar


17-04-2023, 12:28. Разместил: admin44

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəni stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi çərçivəsində Masallı rayon 4 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri təşkil edilib.

Tədbirdə “Gənclərin Anti-narkomaniya” İctimai Birliyinin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edərək, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat veriblər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад