Главная > Təhsil > Masallıda Nə? Harada? Nə Zaman? intellektual bilik yarışı

Masallıda Nə? Harada? Nə Zaman? intellektual bilik yarışı


18-04-2023, 17:29. Разместил: admin44

Masallı rayon Gənclər və İdman İdarəsinin, ”Masallı Gənclər evi” SXM-nın və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  “Heydər Əliyev kuboku” üzrə  Masallı rayon tam orta məktəbləri arasında Nə? Harada? Nə Zaman? intellektual bilik yarışı üzrə rayon birinciliyinə start verildi.

            İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışaraq, keçirilən bilik yarışınında, gənclərin Heydər Əliyev irsini daha yaxşı mənimsəməsində kömək olacağını bildirib. Sonra bütün komandlara uğurlar arzulayıb.

            Tədbirdə “Masallı Gənclər evi”SXM-nın direktoru Fuad Mənsimov  və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşı Əkbər Mahmudov, R.Əlihəsənov adına şəhər  1 saylı tam orta məktəbinin müəllimi, şəhid anası Mehriban Sultanova çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərində öz xalqına sıx bağlı olduğundan danışaraq  iştrakçılara uğurlar arzulamışlar.

Sonra yarışın şərtləri haqqında məlumat verilib.

            Qeyd edək ki, 64 tam orta məktəbi əhatə edəcək yarşda  8 qrup uzrə oyunlar təşkil ediləcəkdir. Qruplar üzrə I yeri tutan məktəb komandaları “Nə? Harada? Nə Zaman?” bilik yarışının finalına, II yeri tutmuş  məktəb komandaları “Breyn rinq” bilik yarışının finalına və III yeri tutmuş məktəb komandaları “Xəmsə” Milli İntellektual oyununun final mərhələsinə vəsiqə qazanacaqlar.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад