Главная > Təhsil > Masallı məktəbliləri Respublika Fənn Olimpiadalarında 6 medal qazanıblar

Masallı məktəbliləri Respublika Fənn Olimpiadalarında 6 medal qazanıblar


11-05-2023, 18:46. Разместил: admin44

Belə ki, 02-10 may 2023-cü il tarixlərində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib.

Olimpiadaların final turunda iştirak edən Masallı məktəbliləri - Masallı şəhər İ.Zülalov adına 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Alışova Zəhra Rasim qızı tarix fənni üzrə I yerə, Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin XI sinif şagirdi Cəfərov Rövnəq Fərəc oğlu coğrafiya fənni üzrə II yerə, Köhnə Alvadı kənd Ə.Əsgərov adına tam orta məktəbin XI sinif şagirdi Əliyev Adəm Ağəli oğlu fizika fənni üzrə II yerə, Sığdaş kənd tam orta məktəbin X sinif şagirdi Salmanov İzzət Mənsum oğlu coğrafiya fənni üzrə III yerə, həmin məktəbin IX sinif şagirdi İsgəndərov İsgəndər

Cəmil oğlu coğrafiya fənni üzrə III yerə, Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin IX sinif şagirdi Mütəllimzadə Mütəllim Fuad oğlu isə coğrafiya fənni üzrə III layiq görülüblər.

Masallı rayon İcra Hakimiyyəti olaraq məktəbliləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
   



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад