Главная > Təhsil > Regional olimpiadada üç Masallı məktəblisi fərqlənib

Regional olimpiadada üç Masallı məktəblisi fərqlənib


7-03-2018, 17:04. Разместил: yeni321
 

Regional olimpiadada üç Masallı məktəblisi fərqlənib
 
Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə keçirilən ənənəvi regional olimpiadasının nəticələri bəlli olub.  
Bilik yarışmasına Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından 250-dən çox tələbə və şagird qatılıb. Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, eləcə də Lənkəran Humanitar, Astara Pedaqoji və Masallı Dövlət Regional kolleclərinin tələbələri seçdikləri fənn üzrə 30 sualı 2 saat ərzində yazılı cavablandırıblar.
www.yeniheyet.az LDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, bilik yarışlarında Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinin X sinif şagirdləri Rustəmov Xalid Cavad oğlu birinci, Ağayev Ağa İsrafil oğlu üçüncü (riyaziyyat üzrə), Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Abdullayev Bəhruz Natiq oğlu (kimya üzrə) ikinci yerə layiq görülüb.
Mükafatlandırma mərasimi martın 10-da keçiriləcək. Qaliblərə LDU-nun Fəxri fərman, diplom və qiymətli hədiyyələri veriləcək.
 шаблоны для dle 11.2
Вернуться назад