Главная > Təhsil > Ailənin təhsil ənənəsi
Ailənin təhsil ənənəsi16-11-2017, 20:17. Разместил: yeni321 |
Ailənin təhsil ənənəsiMasallı qəsəbə tam orta məktəbinin məzunu Aysun İltifatlının test imtahanlarında 695 bal toplaması, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunması ölkəmizdə hər bir gəncin təhsilinə dövlət qayğısının təzahürüdür. Bu eyni zamanda vətəndaşların təhsil hüququndan maksimum bəhrələnməsidir.Bu şansın yaradılması üçün Aysunun valideynləri ilk növbədə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər. İlk müsahibimiz məzunun atası Novruz Əliyev oldu. Novruz həkim ailəsində təhsilə böyük maraq olduğunu bildirdi. Dedi ki, ailəsindən ali təhsilə ilk cığırı böyük qızı Günəş açıb. O, yüksək balla Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. İkinci qızı Aysun bu il rekordu, necə deyərlər, təzələyib. Test imtahanlarında 695 ballıq nəticə göstərib. Ata sənətini seçən Aysun barədə həkim Novruz çox razılıqla danışır: -Aysun, eləcə də digər övladlarım həkim ömrünün narahat saatlarından xəbərdardırlar. “Təcili tibbi yardım” stansiyasının anistezioloq-reanimatoloq həkimi kimi işim barədə məlumatları var. Bilirlər ki, günün istənilən vaxtı çağırışa gedirəm. Ümumiyyətlə, həkim üçün dəqiq iş vaxtı, rahat ömür yoxdur,- desəm sözümü mübaliğə saymayın. Bununla belə övladımın sənətimi seçməyinə açığını deyim ki, sevindim də. Görünür narahat ömrümün elə çaları var ki, uşaqlarımı çox razı salır. Bunun nəticəsidir ki, onların biri taleyini bu sənətə bağlayıb. Həkimin ömürlüyünü varaqlayanda onu ilk növbədə vətənpərvər bir insan kimi tanıdıq. 1984-cü ildə N.Nərimanov adına ATU-ya qəbul olunub. Universiteti bitirib ordu sıralarında həkim kimi xidmət edib. Əsasən Qarabağda döyüş bölgələrində olub. Ağdərəni qarış-qarış gəzib... 1990-cı ilin Yanvar hadisələri də ömrünə yazılan tarixdir. Həmin günlər Semaşko adına xəstəxanada tibb işçisi işləyərkən neçə-neçə yaralını ölümün pəncəsindən qurtarması həkim ömrünün şərəfli, qürurverici anlarıdır. Görünür bu anlar barədə övladlarının təsəvvürləri yaxşıdır. Statistikada həkim ömrünün az olduğunu bildirən Novruz bu həyatın işıq, nur kimi insanların taleyində əksini tapdığını deyib, qürurla bildirdi ki, yaşamaq yanmaqdır. Sonra Bəxtiyar Vahabzadənin məşhur misralarını misal gətirdi: Şam əgər yanmırsa, yaşamır demək, Onun yaşamağı yanmağındadır! Ailənun üçüncü övladı Elnurdur. Hələ onuncuda oxuyur. O, da təhsil estafetinin uğurlu davamçısıdır... Aysun ümman sevincini babası İbadulla Ağayevlə daha çox bölür: -Elə digər nəvələrim də təhsil yollarına mənim xeyir-duamla çıxıblar,- deyə İbadulla əlavə edir. Ölkəmizdə təhsilə böyük önəm var. Hələ ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə azərbaycanlı tələbələrin Rusiyanın ən məşhur ali məktəblərində təhsil alması istiqamətində dövlət tədbirləri görülürdü. İndi də xarici ölkələrdə təhsil alanlarımız çoxdur. Ailəmizdə də təhsilə maraq böyükdür. Təhsil almaqda övladlarım bəhsə girib desəm, inanın. Şahin, Rövşən ali təhsil alıb, Rahim kommersantdır... “11 nəvəmin təhsili həyat yoldaşım Kərbəlayi Səmayənin və mənim əsas qayğılarımızdır. Xüsusilə, Cənub bölgəsi haqqında səslənən qızların erkən ailə qurması fikri ilə razılaşa bilmirik. Nəvələrimiz, yaxın adamlarımız timsalında çalışırıq ki, övladlarımız oxusun, kamil insan kimi həyatını qursun. Nəvəmiz Günəş test imtahanlarından 625 bal toplayıb Bakı Dövlət Universitetinə qəbul olunanda fərəhimiz ümmana döndü. Hazırda universiteti əla qiymətlərlə oxuyur. Üçüncü kursa keçib. Bu il Aysunun uğuru qəlbimizi sevindirib.” –deyə babası İbadulla sözünə davam edir. Uzun müddət vəzifələrdə çalışmış, Təklə kənd sovetinin sədri, ərazi nümayəndəsi işləmiş İbadulla Ağayev daha sonra bildirdi ki, bu gün qızlarımız üçün, eləcə də hər bir Azərbaycan qadını üçün nümunə ola biləcək şəxsiyyət var. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Valideyn kimi arzumuz budur ki, nəvələrimiz öz təhsilləri, həyata baxışları ilə onun ardıcılları olsunlar. İbadulla nəvəsi, Rusiya Federasiyası Nijni Novqorod Dövlət Universitetinin hüquq şöbəsini bitirmiş, hazırda magisturaturada davam etdirən Elşən haqqında da ürək dolusu danışıb bildirdi ki, bu günlər gündəmdə olan Aysunun nailiyyətidir. Əlavə etdi ki, bu gün tələbələrin uğurlarından söz düşəndə rayon rəhbəri tərəfindən nəvəsinin də adının çəkilməsi onları bir valideyn kimi daha çox sevindirir. İbadulla bildirdi ki, avqust ailəmiz üçün ad günləri ayıdır. Avqustun 7-si oğlum Rahimin, 10-u, 11-i, 13-ü, 20-si nəvələrim Lamiyənin, Elşənin, Yadullanın, Səmayənin ad günləridir. Rəsul RZAYEV. Вернуться назад |