Главная > Təhsil > “Şahinlər” hərbi-idman oyunu üzrə Masallı rayon birinciliyi keçirilib

“Şahinlər” hərbi-idman oyunu üzrə Masallı rayon birinciliyi keçirilib


13-03-2018, 17:17. Разместил: yeni321

“Şahinlər” hərbi-idman oyunu üzrə Masallı rayon birinciliyi keçirilib


Martın 13-də Masallı rayon Gənclər və İdman idarəsinin, təhsil şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbində “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib.
 
Açılış mərasimində komandaları salamlayan rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov hərbi-idman oyununun yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, onların fiziki hazırlıqlarının artırılmasında müstəsna əhəmiyyətindən danışıb. C.Manafov bildirib ki, torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkəmiz üçün bu ən aktual mövzulardandır. Böyük qətiyyəti və əzmkarlığı ilə Azərbaycanı güclü dövlət kimi beynəlxalq aləmdə tanıdan, vətəninə qəlbən bağlı böyük vətənpərvər, ulu öndər Heydər Əliyev hər birimiz üçün örnəkdir. Ölkəmizdə sabitlik və inkişafın qarantı olan cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmək Azərbaycan gənci üçün vətəndaşlıq borcu, mənəvi vəzifədir.
 
Rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov, yarışın baş hakimi, Seybətin tam orta məktəbinin hərbi müəllimi Camaləddin Məmmədov qeyd ediblər ki, yarışın keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə diqqqət və qayğının artırılması, məktəblilərin ordu sıralarında xidmətə hazırlanmasıdır.
 
Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçib. Oyunların əsasnaməsinə uyğun olaraq komandalar sıra hazırlığından sonra estafet mərhələsini davam etdiriblər.
Yarışın yekun nəticəsinə əsasən S.Tağıyev adına Digah tam orta məktəbin komandası birinci, Seybətin tam orta məktəbin komandası ikinci, S.Hacıyev adına Kalinovka kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.
Qalib komandalar gənclər və idman idarəsi tərəfindən diplomla mükafatlandırılıb.

Yeni həyat”,
 
www.yeniheyet.az 
 

шаблоны для dle 11.2
Вернуться назад