Главная > Təhsil > Masallıda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi barədə tədbir keçirilib

Masallıda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi barədə tədbir keçirilib


15-03-2018, 15:31. Разместил: yeni321
 
Masallıda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi barədə tədbir keçirilib

Martın 15-də Gənclər Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və BDYP İdarəsi 11-ci Yol-Patrul Xidməti Alayının təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
 
Təhsil, hüquq-mühafizə işçiləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov mövzunun aktuallığını gündəmə gətirib.
BDYP İdarəsi Yol-Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov yol hərəkəti təhlükəsizliyinin qaydalarının təmin edilməsi barədə məlumat verib.
 
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və Masallı RPŞ DYPB-nın rəisi, polis kapitanı İkram Məmmədov bu sahədə rayonda aparılan tədbirlərdən danışıblar.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Ərkivan qəsəbə ərazi nümayəndəsi İsrail Tağıyev və başqaları çıxış edərək təkliflər veriblər.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Yeni həyat”,
 
www.yeniheyet.az 



шаблоны для dle 11.2
Вернуться назад