Главная > Təhsil > Masallıda Novruz Bayramına həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib

Masallıda Novruz Bayramına həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib


16-03-2018, 17:03. Разместил: yeni321

Masallıda Novruz Bayramına həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib 



Mart 16-da Masallı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində rayon tam orta ümumtəhsil məktəbləri arasında inşa-yazı müsabiqəsi keçirilmişdir.
İştirakçıları salamlayan rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirmişdir ki, xalqımızın çox qədim zamanlarda yaratdığı, milli yaddaşımıza yüksək mənəvi-əxlaqi dəyərlər toplusu kimi daxil olan Novruz bayramı, əslində, Azərbaycanda bütün dövrlərdə keçirilmişdir. Lakin onun rəsmi dövlət bayramı kimi qeyd edilməsi məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Rayon təhsil şöbəsinin medodkabinetin müdiri Bəybala Xəlilov xalqımızın zəngin mili-mənəvi dəyərlərindən, Novruz adət-ənənələrindən danışaraq şagirdləri bayram münasibətilə təbrik etmiş, şagirdlərə uğurlar arzulamışdır.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.
Qəriblər kənd tam orta məktəbinin şagirdi Təyyar Əmənov birinci, S.Tağiyev adına Digah 4 nömrəli tam orta məktəbinin şagirdi Təranə Abbasova ikinci, Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbinin şagirdi Günay Əzimova üçüncü yerə layiq görülmüşdür.
Qaliblər rayon gənclər və idman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

 “Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад