Главная > Təhsil > Masallı məktəbliləri Qusarın görməli yerləri ilə tanış olublar

Masallı məktəbliləri Qusarın görməli yerləri ilə tanış olublar


27-03-2018, 18:10. Разместил: yeni321
 
Masallı məktəbliləri Qusarın görməli yerləri ilə tanış olublar

Martın 27-də Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan şagirdlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın şimal qapısı sayılan Qusara səfər ediblər.

 
Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir.
 
Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olub, Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə də yaxından tanış olublar.
 

Yeni həyat”,
 
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад