Главная > Təhsil > Sumqayıt və Xızı məktəbliləri Masallıdan xoş təəssüratla ayrılıblar

Sumqayıt və Xızı məktəbliləri Masallıdan xoş təəssüratla ayrılıblar


28-03-2018, 16:44. Разместил: yeni321
 
Sumqayıt və Xızı məktəbliləri Masallıdan xoş təəssüratla ayrılıblar



Martın 28-də Sumqayıt şəhəri və Xızı rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Masallıya ekskursiya ediblər.
Qonaqları Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqları rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından salamlayıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən şagirdlərə xoş arzularını çatdırıb.
Məktəblilər ümummilli liderin parkda ucaldılmış abidəsi önünə gül düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Masallı uşaq-incəsənət məktəbinə gəliblər.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir.
Məktəblilər "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla, “İntellektual Mərkəz”lə tanış olublar.
Qrup rəhbərləri və məktəblilər Masallı haqqında ən xoş təəssüratlarını bölüşüb, şəhərdəki müasir quruculuq işlərini, Masallı qonaqpərvərliyini və tur-aksiyanın təşkilini yüksək qiymətləndiriblər.
Masallıdakı Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyilə tanışlıq da şagirdlərdə zəngin təəssürat doğurub.
Həmin gün tur-aksiyanın Sumqayıt şəhəri və Xızı rayonundan olan iştirakçıları Lənkəran rayonuna səyahət ediblər.

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад