Главная > Təhsil > Masallıda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib

Masallıda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib


31-03-2018, 15:16. Разместил: yeni321
 Masallıda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində rayon ümumtəhsil məktəblərinın IX-XI sinif şagirdləri arasında “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov iştirakçıları salamlamış, bildirmişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Uzun illər ermənilərin xalqımıza qarşı həyata keçirdikləri qanlı aksiyalar ideoloji təcavüz və terrorla müşayiət olunmuşdur. Nəticədə yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, doğma torpaqlarından didərgin düşmüşdür.
Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əkbər Mahmudov, şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Şakir Xəlilov, şəhər 1 nömrəli tam orta məktəbin müəllimiAybəniz Həsənova ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən söhbət açmış, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulamışlar.
Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən danışan natiqlər işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına əminliyini bildirmişlər.

Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib: C.Qasımov adına Banbaşı kənd tam orta məktəbin IX sinif şagirdi Qədməliyeva Nərmin Fariz qızı birinci, N.Nərimanov adına şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Seyfullayev Hüseyn Sabir oğlu ikinci, R.Əlihəsənov adına şəhər 1nömrəli tam orta məktəbinin IX sinif şagirdi Həsənova Fatimə Kamran qızı üçüncü yerə layiq görülmüşlər.
Qaliblər rayon gənclər və idman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

 
Yeni həyat”,
 
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад