Главная > Təhsil > Ağsaqqallar məktəblilərə soyqırımı tarixi həqiqətlərindən bəhs etdilər

Ağsaqqallar məktəblilərə soyqırımı tarixi həqiqətlərindən bəhs etdilər


31-03-2018, 15:38. Разместил: yeni321
 
Ağsaqqallar məktəblilərə soyqırımı tarixi həqiqətlərindən bəhs etdilər
 
 
N.Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbində 31 Mart  – Azərbaycanlıların soyqırımı gününə həsr olmuş tədbir keçirilmişdir.
Mərasimi giriş sözü ilə məktəbin direktoru M. Əzizova açmışdır.
Sonra Masallı rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyevin məruzəsi dinlənilmişdir. Natiq “31 Mart – Soyqırımı tarixi həqiqətləri” mövzusu ilə bağlı ötən illər müddətində, əsasən üç mərhələ 1905-1918, 1948-1953-cü illərdən, habelə 1988-ci ildən bəri xalqımıza qarşı törədilən qətliam və soyqırımlar, deportasiyalar barədə məlumat vermiş, Xocalı faciəsinin dəhşətli səhnələrini fakt və rəqəmlərlə önə çəkmişdir.
Namərd və amansız erməni vəhşiliklərinin – xüsusi işkəncələrlə, vandalizm hərəkətləri ilə xalqımıza qarşı törətdikləri cinayət əməllərini KİV-də dərc olunmuş zərərçəkmişlərin, günahsız sakinlərin, qadın və uşaqların başına gətirilən müsibətləri onların özlərinin canlı ifadələri əsasında iştirakçıların diqqətinə çatdırmış, hər bir kəsi, xüsusilə gənc nəsli bu faciələrdən və tarixin acı səhifələrindən ciddi nəticə çıxarmağa, ibrət dərsi götürməyə çağırmışdır.
Məktəbin direktor müavini F.Niftiyeva, MƏSQVT rayon şöbəsinin sədri M.Şiriyev, yaradıcı müəllim Ş.Xəlilov, məktəbli R.Əzizli terror və qətliamları, soyqırımları qətiyyətlə pisləmiş, Azərbaycanın haqq işini qələbəsinə və günahkarların məhkəmə qarşısında mütləq cavab verəcəklərinə möhkəm əminliklərini bildirmişlər.
Məktəblilər soyqırımla bağlı hazırladıqları bədii qiraət kompozisiyasını iştirakçılara nümayiş etdirdilər.
                                                                 ***
Həmin gün məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda ağsaqqalların və yeniyetmə gənclərin dialoqu keçirilmişdir.
Ağsaqqallardan Ə. Niftiyev, M.Şiriyev, Ş.Əzimov, T. Məmmədov mövzu etibarilə müxtəlif sahələri əhatə etməklə mövcud müsbət nümunələri, ahbelə müasir dövrdə bəzi problem və onların həlli yollarını ağsaqqal sözü, fəal vətəndaş mövqeyi, həyat təcrübəsi və xeyirxah məsləhətlərlə gənclərə çatdırmışlar.
Canlı dialoqa həvəslə qoşulan məktəblilərdən Şəfa Vəliyeva, Kəmalə Fəttayeva, Aynur İsmayılova, Röyal Əzizli müzakirələrdə xüsusi fəallıq göstərmiş, sağlam həyat tərzi, xalqımıza məxsus əxlaqi dəyərlər, adət-ənənələri, vətəni sevmək, böyüklərə ehtiram qılmaq, qanuna zidd hərəkətlər, xüsusilə erkən nikahlara qarşı barışmazlıq göstərmək fikirlərinə önəm vermişlər.
Sonda məktəbin direktoru M.Əzizova rayon ağsaqqallar şurasına, veteranlar təşkilatına, digər qonaqlara maraqlı və işgüzar görüşün təşkilinə görə kollektivin minnətdarlığını bildirmişdir.

Yeni həyat”,
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад