Главная > Təhsil > Masallıda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib

Masallıda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib


3-04-2018, 18:42. Разместил: yeni321
 
Masallıda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib 

Masallı rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxana və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov uşaqların tərbiyəsində kitabların xüsusi yer tutduğunu, onların zəngin mənəvi zövqə malik bir insan kimi yetişməsində böyük rolu olduğunu bildirib.
Təhsil şöbəsinin metodisti Münəvyar Əzimova məhşur Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Kristian Andersenin dünyaya gəldiyi gün – 2 aprelin Beynəlxalq Uşaq Kitabı günü kimi təsis edildiyini, bu günün qeyd olunmasının cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək məqsədi daşıdığını qeyd edib.
70-ə yaxın kiçik yaşlı məktəblinin iştirak etdiyi tədbirdə “Nağıl günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şəhər 1, 3 və 4 nömrəli, Ərkivan qəsəbə 4 nömrəli və İsgəndərli tam orta məktəblərinin, “Dəfinə” məktəb liseyinin şagirdləri “Qiymətlərim “5”, “Şah və vəzir” şeirlərini səsləndirib, A.Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, Ş.Perronun “Qırmızı papaq”, “Çık- çık xanım”, “Qoğal” xalq nağılları əsasında səhnələşdirilmiş tamaşalar nümayiş etdiriblər.
Tədbirdə “Ədəbiyyat biliciləri” adlı viktorina keçirilib.
Bilik yarışının qalibləri – Leyla Ağayeva (şəhər 3 nömrəli tam orta məktəb - I yer), Züleyxa Əbilova (“Dəfinə” məktəb-liseyi), Fatimə Ağayeva (Ərkivan qəsəbə 4 tam orta məktəb - II yer), Fidan Məmmədova (şəhər 1 tam orta məktəb) və Kənan Teymurov (İsgəndərli tam orta məktəb - III yer) müxtəlif kitab və jurnallarla mükafatlandırılıb.
Tədbir tarix-diyarşunaslıq muzeyində davam etdirilib.



 

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад