Главная > Təhsil > Maarifləndirmə tədbiri: “Zərərli vərdişlərə "YOX" deyək!”
Maarifləndirmə tədbiri: “Zərərli vərdişlərə "YOX" deyək!”18-11-2017, 09:19. Разместил: yeni321 |
Maarifləndirmə tədbiri “Zərərli vərdişlərə "YOX" deyək!” Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində Masallı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə "YOX" deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Rayon polis şöbəsinin əməkdaşlarının, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə narkomaniya, erkən nikah və dini ekstremizmin cəmiyyətdə yaratdığı problemlərdən bəhs edilib. Məktəbin direktoru İlham Ağayev zərərli vərdişlərə qarşı mübarizə istiqamətində məktəblilər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verib. Masallı RPŞ-nin Boradigah bölməsinin rəisi, polis polkovniki Bəhruz Məmmədov, RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Vüqar Əsgərov respublikada, eləcə də rayonda narkomaniyaya qarşı aparılan qabaqlayıcı tədbirlərdən, həyata keçirilən əməli işlərdən danışıb, digər zərərli vərdişlərə qarşı mübarizə sahəsində Qanunvericilikdən irəli gələn müddəalar barədə açıqlama veriblər. Məktəb direktorunun müavinləri Bahadur Abdullayev, İsrafil İsrafilov yeniyetmələrin erkən nikaha və ayrı-ayrı dini cərəyanlara cəlb olunmasını cəmiyyətdə mənəvi-əxlaqi dəyərləri sarsıdan, insanların həyat və sağlamlığına ciddi təhlükə amili kimi səciyyələndiriblər. Tədbirdə zərərli vərdişlərin fəsadlarını əks etdirən videoçarx nümayiş olunub. Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Rafiq AZADOĞLU, ştatdankənar müxbirimiz. Вернуться назад |