Главная > Təhsil > Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib


4-06-2018, 15:49. Разместил: admin44
 
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili” fənni üzrə iyunun 10-da keçiriləcək imtahanda iştirak etməli olan abituriyentlərə müraciət edib.
Mərkəzdən verilən məlumata görə, rus bölməsinin abituriyentləri “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.шаблоны для dle 11.2
Вернуться назад