Главная > Təhsil > Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında

Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında


6-06-2018, 23:22. Разместил: admin44
 

Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında

Masallı rayonunun Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi Əliyeva Arzu Çinar qızı ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibi adını qazanıb.
 
İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.
“Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 110 şagird iştirak edib .
Müsabiqənin nəticələrinə görə 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb.
Beş qalib sırasında yer alan Masallı rayonunun Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Əliyeva Arzu Çinar qızı Təhsil Nazirliyinin I dərəcəli Diplomu və hədiyyələri ilə mükafatlandırılıb.
“Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад