Главная > Təhsil > Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib

Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib


12-06-2018, 21:16. Разместил: admin44
 
Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib

İyunun 11-də “Masallı Otel”in konfrans zalında “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi gənclərin iştirakı ilə istehlakçı hüquqları ilə bağlı təlim keçirib.
Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Region gənclərinin istehlakçı hüquqlarının qorunması sahəsində maarifləndirilməsi” layihəsi çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin dəstəyilə reallaşdırılıb.
“Tərəqqi” Gəncliyin İnkişafı İB-nin sədri, layihə rəhbəri Raci Səfərov təşkilat və donor, layihənin məqsədi barədə, dövlətin gənclər siyasəti sahəsində təsdiq olunmuş proqramlar və digər məsələlərlə bağlı iştirakçıları məlumatlandırıb. Beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyevin idarəçiliyilə gənclərə istehlakçı hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu şərh olunub, “Ştrix-kod haqqında istehlakçı nələri bilməlidir?” mövzusunda məlumat verilib, interaktiv müzakirələr aparılıb.
Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşı Əyyar Burhanov toxunulan mövzunun insanların sağlamlığı və qida təhlükəsizliyi baxımından əhəmiyyətliyini diqqətə çatdırıb.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Müşviq Qurbanov da iştirak edib.

 “Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад