Главная > Təhsil > Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”

Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”


15-06-2018, 18:55. Разместил: admin44
Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”  
 
Həyəcanlı, sevincli anlar
 
İyunun 14-də tədris ilinin başa çatması münasibətilə Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng” keçirildi.
Tədbirdə Masallı RİHB aparatının məsul işçiləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edirdi.
Məzunların buraxılış tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məzunları təbrik edən məktəb-liseyin direktoru Taleh Əkbərov gələcəyimiz olan gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi. O, bildirdi ki, bu il məktəbi IX sinif üzrə 36, XI sinif üzrə isə 26 şagird bitirir. Onbirincilərdən 22-si ali məktəblərə qəbul imtahanlarınında keçid balı toplayıb. 22 yaşlı təhsil ocağının uğurlarından bəhs edən məktəb rəhbəri diqqətə çatdırdı ki, tədris müəssisəmiz 2 dəfə Prezident İlham Əliyevin Sərəncamı ilə “İlin ən yaxşı məktəbi” adına layiq görülüb, ötən il isə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə respublika üzrə ən yaxşı məktəblər sırasında yer alıb.
Masallı Rayon İcra Hakmiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova rayon rəhbərliyi adından məktəbin şagird və müəllim kollektivini məzun günü münasibətilə təbrik etdi. A.Qafarova məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzuladı. O, bildirdi ki, bu gün ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində reallaşır.
 
Gənclərin ixtisas seçiminə diqqətlə yanaşmanın vacibliyinə toxunan Əməkdar müəllim Əhməd Məmmədov dedi ki, qoy bundan sonra da məzunlarımız müəllimlərini, valideynlərini sevindirsinlər, səsləri uca yerlərdən gəlsin.
Onbirincilərin sinif rəhbəri Hakim Möhsümov öz övladı qədər qədər sevdiyi şagirdlərinin məzun olmasının müəllim üçün ən böyük fərəh hissi olduğunu söylədi.
Çıxışlardan sonra söz günün qəhrəmanlarına verildi. Məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnı və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılandı.
Sonra məzunlar bilik rəmzi sayılan açarı 1-ci sinif şagirdlərinə təqdim etməklə estafeti onlara verdilər. Nəhayət məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi – onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.
Sonda təhsildə, ictimai işlərdə fərqlənən şagirdlərə təşəkkürnamə və Fəxri fərmanlar təqdim edildi.

Akif AĞAYEV.
“Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад