Главная > Təhsil > Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib

Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib


9-07-2018, 15:15. Разместил: admin44
Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
               
İyulun 9-da Masallı şəhər Gənclər  Mərkəzində gənclər və idman idarəsinin  təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti ili” nin elan olunması ilə əlaqədar olaraq “100 illik şanlı tarix” mövzusunda konfrans  keçirilib.
Masallı  rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov bildirib ki,  cənab Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır. Bu, dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinin, zənginliyinin təsbit olunduğu Sərəncamda maarifçilik ideyalarından milli özünüdərkə gedən yolun səciyyəsi, tərəqqipərvər ictimai-siyasi elitanın rolu diqqətə çatdırılır. Cümhuriyyət dövründə həyata keçirilmiş ən mühüm tədbirlərin, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq yönündə görülmüş işlərin qeyd olunması qısamüddətli dövrün taleyüklü məzmununu açıqlayır. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu vurğulayan Prezidentin bu Sərəncamı Cümhuriyyətin əhəmiyyətini beynəlxalq aləmə çatdırmaq məzmunu daşıyan qərardır. “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan olunması həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir.
Gənclər və idman idarəsinin baş məsləhətçisi Şaban Əliyev  qeyd edib ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir.
Fəal gənc Tural Əhmədov deyib ki, bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Əsası ulu öndər tərəfindən qoyulmuş milli inkişaf strategiyası yeni çalarlarla bu günümüzə tətbiq olunur.

 
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад