Главная > Turizm / Mədəniyyət > MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!

MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!


1-11-2018, 17:16. Разместил: admin44

 

 MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Qızılağac Dövlət Qoruğu ərazisində Qızılağac Milli Parkı yaradılmışdır. Bununla da qədim tarixi keçmişə malik olan Qızılağac və dünyanın ən məşhur bir təbiət lövhəsi və canlı Qızılağac Milli Parkı öz adını tarixin qızıl səhifəsinə yazmış oldu. Bunu isə Qızılağac adlı qədim qızıl bir diyara dünya şöhrətli sevimli Prezidentimiz cənab İlham Əliyev bəxş etmiş oldu. Ölkə rəhbərimiz sözün tam mənasında təbii ehtiyatlarımızı milli sərvətimizə çevirmişdir. Adımızı dünya tarixinə əbədi olaraq həkk etdirən möhtərəm Prezidentimizə bütün qızılağaclılar adından səmimi minnətdarlığımızı və əbədi ehtiramımızı bildirirk. Prezidentimizə xalqımızın, ölkəmizin və dövlətimizin rifahı naminə yeni-yeni uğurlar, parlaq qələbələr, uzun ömür və möhkəm can sağlığı arzu edirik. Elə Qızılağac Milli Parkı haqqında Fərman verilən gün Azərbaycan daha yeni bir uğura, dünya miqyaslı yeni bir qələbəyə nail oldu. Ölkəmiz dəyəri 190 milyon olan Azerspace-2 peykini kosmosa buraxdı. Ölkəmizin kosmos aləmində sayca üçüncü olan bu süni peykimiz və kosmos dünyasında qazandığımız qələbə münasibəti ilə fəxrimiz və qürurumuz sevimli Prezidentimiz cənab İlhamƏliyev xalqımızı ürəkdən təbrik etdi.
 
Təbiətin nadir və ecazkar guşəsi olan Qızılağac Dövlət Qoruğunun tarixi çox qədim, coğrafiyası isə zəngindir. Yurdumuzun cənub guşəsi olan Qızılağac quşlar diyarı, quşlar evidir. Qızılağac qoruğu dünyaca məşhur olan canlı bir təbiət tablosudur. Əslində o, həqiqətən də canlı bir sənət əsəri, canlı bir salnamədir.
Bu əsrarəngiz gözəl diyarda dünyanın hər yerindən uçub gələn quşların məskən salması, özləri üçün yurd-yuva yeri seçməsi olduqca çox qədimdir. Elə buna görə də bu yerlərin təbiətini, flora və faunasını öyrənmək həmişə alimlərin, təbiətşünasların diqqətini cəlb etmişdir. Hələ 105 il bundan əvvəl – 1913- cü ildə bir qrup alim Qızılağacın flora və faunası ilə maraqlanıb burada qoruq yaratmağa təşəbbüs göstərmişdir. Lakin buna nail olunmamışdır. 1926-cı ildə isə keçmiş Azərbaycan Xalq Komissarlığının qərarı ilə burada hər cür quş ovlamaq qadağan edildi. Nəhayət, keçmiş SSRİ Xalq Komissarları Sovetinin 3 iyun 1929-cu il tarixli qərarı ilə Qızılağac Dövlət Qoruğu yaradıldı. Yalnız bundan sonra bu ərazidə nəinki quş ovlamaq hətta təsərrüfat işləri görmək belə qadağan edildi. Qoruğun ümumi ərazisi 99.060 hektardan ibarətdir. 
 Qoruğun bugünkü Qızılağac Milli Parkının təbiət üçün əhəmiyyəti olduqca böyükdür. Quşları, balıqları və eləcə də bir çox vəhşi heyvanların sığınacaq yeri  olan qoruq Xəzər dənizinin cənub sahilində yerləşir. Tarixin atası Heredotdan üzü bəri adı fəxrlə çəkilən qədimYunan alimi və coğrafiyaşünası Klavdi Ptolomeyin xəritəsində yer alan, 2500 ildən artıq bir tarixə malik olan bu antik qədim diyar – Qızılağac Milli Parkı adını da özünün tarixinə yazdırdı. Uzun illər ərzində aparılan axtarışlar və tədqiqatlar zamanı qoruqda 23 növ məməli, 270 növ quş, 12 növ sürünən və 47 növ balıq müşahidə olunmuşdur. Bugünkü Qızılağac Milli Parkı 1971-ci ildə Beynəlxalq Konversiyasının ilk 12 regionun biri kimi siyahıya alınıb və bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq olunmuşdur. Bugünkü məşhur Qızılağac Milli Parkında qaz, ördək, qaşqaldaq, çingiz, gərəf, qu, bozquyruq, enliburun, göydimdik, dalğıc, qaradöş, ququz, məzdək və s. quşlar qışlayır. Bu yerlərin şöhrəti sayılan ördək, qaşqaldaq, çingiz və gərəfdən hazırlanan plovaltılar, ləvəngilər, çölmək kababları və fisincan plovlar bütün dünyada məşhurdur, bənzərsiz və əvəzedilməzdir!
Qızılağac Milli Parkının quşlar aləmi kimi su hövzəsi də olduqca zəngin və bərəkətlidir. Bu yerlərdəki balıq növlərindən ziyad, çəki, xaşam, siyənək, bobla, qarasol, çapaq, kefal olduqca ləzzətli və təamlıdır. Balıq ləvəngisi ruhlara qida verir! Milli Parkın ərazisində vəhşi və çöl heyvanlarından   canavar, çaqqal, porsuq, tülkü, çöldonuzu, qamış pişiyi, dovşan, qunduz , su samuru, su siçanı, oxlu kirpi özlərinə əbədi bir məskən salmışlar.Təbiət Qızılağac Milli Parkından heç nəyi əsirgəməmişdir. O,təbiətin nadir bir guşəsidir ki, uca yaradan onu bizlərə bəxş etmişdir. Bu yerlər xoşbəxtlik diyarı, gözəllik məkanıdır. Onun gözəlliyini tamamlayan misilsiz təbiəti, ürəkaçan mənzərələri, ucsuz- bucaqsız axarlı-baxarlı çölləri, düzləri, əngin səmaları, quşlar aləminin nəğmə dolu sədaları adamı heyran edir. Öz qeyri-adiliyi və qəribəliyi ilə insanı heyran edən qızılağac-flaminqa da məhz bu yerlərdə qışlayır. Qaz qatarı havada görünəndə səma sanki yer üzünə əsrarəngiz bir şəfəq saçır. Qamışlıq və otlu düzənlik quşlar gözəli turacı yırtıcılardan öz qoynunda doğma ana kimi qoruyub saxlayır. Qızılağac sözün tam mənası ilə ulu və müqəddəs bir diyardır. Diqqət yetirin, çaydaqlar dəstəsindən olan ağ leyləklər bu yerlərdə Qızılağac kəndində məskən salır və özlərinə yuva qururlar. Quşlar bizim gözəllik duyarına Şərqi Asiya ölkəsindən, müqəddəs sayılan torpaqlardan uçub gəldiklərinə görə bu leyləklərə hacıleylək deyirlər. Onlar elə müqəddəs quş olduqları üçün də müqəddəs saydıqları Azərbaycan torpağına gəlir, özlərinə doğma bildikləri Qızılağacda yuva qurub yaşayırlar. Qızılağac Milli Parkının florası, yəni bitki aləmi də olduqca zəngindir. Burada nə az, nə çox, düz 310 növ 189 cinsə malik olan 51 bitki ailəsi bitir.
  
Bu yerlər insan zəkasına nur çiləyən dərman bitkisi adları ilə də olduqca zənginir. Belə ki, Qızılağac Milli Parkı bərəkətli qoynunda bitirdiyi baldırğan da şirindir, yeməklərin gülü sayılan turşəng-quzuqulağı bütün yaraların hovunu alır,  bəzi yaralara məlhəm olan diabet xəstələri sağaldan bağayarpağı əvəzsiz dərmandır. Öskürəyi, qarın ağrısını kəsən və insanı kökəldən həkim qırxburğum, bəlğəmi, səfranı və bədən ağrılarını qovan əvəlik, bağırsaqlara şəfa verən cincilum, insan ömrünü uzadan, sancıları kəsən, bədəni qüvvətləndirən qazayağı, baş ağrılarını kəsib insana rahatlıq bəxş edən yarpız nanə və giləmərzə, ətirli boyana insanı bəd nəzərlərdən və pis niyyətlərdən qoruyan üzərlik, şahtərə gülxətmi, yemlik qızılgüldən tutmuş, çöl zanbağınadək, qanqaladək – nələr bitmir bu cənnət bağında! Hazırda bu cənnət parkında dünya loğman təbibləri heyran qoyan artıq müalicə əhəmiyyətli dərman bitkiləri, otlar bitir.
Milli parkın mübarək, Qızılağac!

İltifat MƏMMƏDOV,                                                          
Qızılağac kənd sakini, dövlət qulluqçusu veteranı.
 шаблоны для dle 11.2
Вернуться назад