Главная > Turizm > Park və yol kənarlarında Dəmirağac niyə əkilmir?

Park və yol kənarlarında Dəmirağac niyə əkilmir?


8-12-2017, 15:30. Разместил: yeni321
Park və yol kənarlarında Dəmirağac niyə əkilmir?

Tövsiyə


Dəmirağac endimik, yəni bir yerdə bitən ağac növüdür. Oduncağı möhkəm və ağırdır. Uzunömürlüdür. Yaxın bitən dəmirağacları çox vaxt bir-birinə qaynaqlanır. Bu nadir ağac növünün oduncağı möhkəm olduğundan bəzi maşınların hissələri, bəzi məmulatlar və dekorativ faner hazırlanır.
Dəmirağacın adını istirahət guşələri, restoran və çayxanalar əbədiləşdirir. Tərifi hamının dilindədir. Payızda bu nadir ağac rəngbərəng görüntüsü ilə diqqət çəkir. Bəzilərinin yarpağı yaşıl, digərlərinin qızılı, narıncı və s. olur. Bu da meşələrimizin gözəlliyini artırır, panorama naxış salır.
Masallıda da bir-iki il əvvəl səki kənarlarında on-on beş ağac əkilib. Ancaq bu nadir ağac xüsusi qayğı sevəndir. Əkdin, gərək suyunu verəsən, yarpaqlarını toz-torpaqdan qoruyasan, dibini yumşaldasan...
Əvvəllər N.Nərimanov kino-teatrının yanında, “Yaşıl çayxana” deyilən yerdə 6-7 Dəmirağac əkilmişdi. İndi onların çətiri altında oturub pürrəngi çay içənlər bu yaşıllığı salanlara dua-sənadadır. Çünki Dəmirağac oksigenlə zəngin, günəş şüalarını yerə buraxmayan sağlamlıq mənbəyidir. İsti suya, Boradigaha gedən yolların kənarlarında, Viləş park-bulvarda, bağ və xiyabanlarda Dəmirağac əkilsə, onu qoruyub artırsaq bu, hamının ürəyincə olar. Vətəni Azərbaycan sayılan Dəmirağaca böyük sevgimizi bildirək.
                                                                                                                              HƏSƏNAĞA. шаблоны для dle 11.2
Вернуться назад