Главная > Turizm / Mədəniyyət > Masallıda “İsti-su” sənədli filminin təqdimatı olub

Masallıda “İsti-su” sənədli filminin təqdimatı olub


24-09-2021, 14:00. Разместил: yeni321
Masallıda “İsti-su” sənədli filminin təqdimatı olub

Masallı Mədəniyyət Mərkəzində “İsti-su” adlı sənədli filmin təqdimatı olub.
Pandemiya tələbləri özlənilməklə, “Masal prodakşın”ın istehsalı olan filmin premyerasında yaradıcı heyətlə yanaşı, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Masallı Regional Mədəniyyət İdarəsi rayon Mədəniyyət Mərkəzinin metodisti Taleh Mikayılov film və yaradıcı heyət haqqında geniş məlumat verib.
Sonra film nümayiş olunub.
Filmdə nəinki Masallı rayonunda, respublikada məşhur olan “İsti-su” şəfa sanatoriyasının yaranmasından, bugünkü fəaliyyətindən, buradakı mineral və termal suların müalicəvi əhəmiyyətindən və s.-dən bəhs edilir.
Təqdimat mərasimində çıxış edən Nizami Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov turizmin təbliği və inkişafı yönümündə filmin mühüm vasitə olacağını vurğulayıb, filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov çəkiliş prosesi barədə məlumat verib, “İsti-su” sanatoriyasının rəhbəri İldırım Allahyarov sənədli filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, filmin quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, dron operatoru Vadim Eyvazoğludur.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад