Главная > Turizm > Rusiyalı turistlərin daha bir favoriti - Azərbaycan

Rusiyalı turistlərin daha bir favoriti - Azərbaycan


19-12-2017, 18:21. Разместил: yeni321
 
Rusiyalı turistlərin daha bir favoriti - Azərbaycan

Moskvanın “Kommersant Denqi”si yazır...


Böhran illəri rusiyalı turistləri səyahət üçün yeni, maksimum aşağı büdcəli istiqamətlər axtarmağa məcbur edib. Hazırda rusiyalı turistlərin daha bir favoriti - Azərbaycan meydana çıxıb. Bu barədə həftəlik “Kommersant Denqi” qəzeti yazır.

Həftəlik qəzet yaxın xarici ölkələrin Rusiyadan olan səyahətçiləri nə ilə cəlb etdiyinə aydınlıq gətirib.
“Skyscanner”in məlumatına görə, Yeni il bayramı günlərində səfərlər üçün top-20 istiqamətinə üç yaxın xarici ölkə daxildir: ümumi  siyahıda Gürcüstan 8-ci, Azərbaycan 10-cu, Ermənistan isə 18-ci yerdədir. Şirkətin inkişaf üzrə Rusiyada meneceri Dmitri Xavanski bu yaxınlarda Gürcüstanın və Azərbaycanın siyahıda yerlərini dəyişəcəyini istisna etmir. O deyib: “Bir çox səyahətçilər Tbilisidə olublar və indi özləri üçün Bakını kəşf edirlər. Bundan əlavə, Azərbaycana uçuşlar rusiyalılar üçün daha əlçatandır: yeni reyslər, Bakı-Gəncə marşrutu üzrə yeni daşıyıcılar, o cümlədən “Pobeda” aviaşirkəti yaranıb”. 
Oxşar hesablamalar “Momondo” axtarış saytında da yer alır. Xidmətin nümayəndəsi İrina Ryabovolun sözlərinə görə, Azərbaycan 2015-ci ildən öz sıçrayışlı artımını 141 faizlə göstərib. O deyib: “Hazırda ölkə populyarlığına görə postsovet məkanı istiqaməti üzrə 4-cü yerdədir. Lakin bizim proqnozlara əsasən, 2018-ci ildə 2-ci yerə yüksələcək”.
“OneTwoTrip” şirkətinin inkişaf üzrə direktoru Arkadi Gines qeyd edib ki, Bakıya aviabiletlərin Yeni il günləri üçün satışı il ərzində 70 faiz artıb. Bu, əsasən, uçuşun qiymətinin analoji dövrdə 27 faiz – 13 min rubladək aşağı salınması fonunda baş verib.
Rusiya FTX sərhəd xidmətinin məlumatında bildirilir ki, son 4 il ərzində Azərbaycana turist səfərlərinin sayı 18 faiz artıb. Nəzərəçarpan pozitiv dinamika bu il də qorunub saxlanılır. İlin birinci yarısında Azərbaycana 59 faiz çox səyahətçi yollanıb.шаблоны для dle 11.2
Вернуться назад