Главная > Turizm / Təhsil > Gədəbəy, Samux, Daşkəsən və Şəmkir məktəbliləri Masallıda

Gədəbəy, Samux, Daşkəsən və Şəmkir məktəbliləri Masallıda


14-11-2017, 21:09. Разместил: yeni321
Gədəbəy, Samux, Daşkəsən və Şəmkir məktəbliləri Masallıda
 
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları - Gədəbəy, Samux, Daşkəsən, Şəmkir məktəbliləri və onların müəllimləri bu gün günortadan sonra, axşam saatlarında Lənkərandan Masallıya gəliblər. Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri cənab Rafil Hüseynovun salamını çatdırıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.
Məktəblilər Masallı rayonunun tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.
Məlumat verilib ki, ümummilli liderin adını daşıyan parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.
Sonra məktəblilər ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə təzə tər çiçəkləri düzdülər.
Bildirilib ki, mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Masallıya səfərlərinə dair fotolar nümayiş olunur. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən fotoguşələr yaradılıb. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin büst kompleksi qoyulub.
Tur-aksiyanın iştirakçıları musiqi təranələri altında uşaq-incəsənət məktəbi ilə tanış olublar. Məktəb 2016-cı ilin sentyabrın 3-də istifadəyə verilmiş və ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə açılıb. Onbirillik məktəbin müəllimləri məlumat verib ki, Masallı rayon uşaq-incəsənət məktəbi 1979-cu ildə inşa edilib. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Masallı rayon uşaq-incəsənət məktəbində hazırda 305 şagird təhsil alır və 70 müəllim çalışır. Məktəbin ərazisində yaşıllıq zolağı salınıb, geniş abadlıq işləri görülüb.
“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları - Gədəbəy, Samux, Daşkəsən, Şəmkir məktəbliləri 2016-cı ilin sentyabrın 3-də istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident cənab İlham Əliyev
Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
Sonra tur iştirakçıları "Asan xidmət"ə gəlmiş, buradakı "İntellektual mərkəz"də keçirilən masallı məktəblilərinin "Breyn Rinq" yarışmasını izləyiblər.
Sonra Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq olub. Bildirilib ki, "Asan xidmət" və Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 78 kvadratmetr olan fəvvarə inşa olunub. Ərazidə geniş abadlıq işləri görülüb, 5 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı salınıb, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.
Bildirildi ki, ekspozisiya zalından və köməkçi otaqlardan ibarət Dövlət Rəmzləri Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və dövlət rəmzləri qorunur. Bütün bunlar həm Masallı sakinlərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır. Tur iştirakçılarının ekspozisiya ilə tanışlığı onlarda böyük maraq oyadıb.
Respublika və yerli KİV nümayəndələrinə müsahibələrində Gədəbəy, Samux, Daşkəsən və Şəmkir məktəbliləri, müəllimlər Masallı, masallılar haqqinda xoş sözlər dedilər, sözün həqiqi mənasında qonaqpərvərliyə görə məmnun oldular.
Tur-aksiyanın iştirakçıları axşam saatlarında Astara şəhərinə yola salınıblar. шаблоны для dle 11.2
Вернуться назад