Главная > Turizm > Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri

Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri


8-02-2018, 13:33. Разместил: yeni321
Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər
 
Qızılağac və Masallının digər kəndləri
 
Azərbaycana gələn turistlər maraqlı vaxt keçirmək üçün yeni imkanlar axtarışında regionun paytaxtından kənara çıxmağa daha çox can atırlar. Əsl təbiət və mədəniyyət incilərinin olduğu regionlara səfər istirahəti rəngarəng etməyin ən gözəl yoludur.
Azərbaycanın dilbər guşələrində yerləşən Qızılağac və Masallının digər kəndləri ilə tanışlıq sizə unudulmaz təəssürat bağışlayacaq.
Masallı rayonunda mənzərəli kənd çoxdur. Burada cənubluların tarixi, ənənələri, məişəti ilə tanış olmaq, habelə şəhərin səs-küyündən kənarda dincəlmək mümkündür. Boradigah, Ərkivan, Şərəfə, Banbaşı, Qızılağac, Təzə Alvadı ən böyük kəndlərdir.
  
Masallının mərkəzindən 15 kilometr məsafədə yerləşən Qızılağac kəndinin qədim tarixi var. Kənddə neolit və eneolit dövrünə aid məşhur Həzi Təpəsi indiyədək qalır. Orta əsrlərdə Qızılağac Xəzər dənizinin digər limanları ilə ticarət əlaqəsi saxlayıb. Əhali dəniz səfərinə çıxıb, balıqçılıqla məşğul olub. Gilan və Mazandaradana aparan dəniz yolları Qızılağacdan keçib. Əsrlər boyu Qızılağac Avropa ilə Yaxın Şərq arasında ticarət münasibətlərində mühüm rol oynayıb.
Əhalisi 5500 nəfər olan kənddə iki orta məktəb, klub, üç kitabxana, tibb məntəqəsi, poçt şöbəsi fəaliyyət göstərir. XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid hamam dövrümüzə gəlib çatıb. Kəndin ətrafında məşhur Qızılağac qoruğu yerləşir.

 
Masallının digər böyük kəndi Boradigah qəsəbə statusuna malikdir. Buna həm də köhnə Masallı deyirlər. Hesab edilir ki, rayonun əsası məhz bu kənddə qoyulub, sonralar rayon mərkəzi indiki yerinə köçürülüb.
 
 
Yüksək dağ kəndi Şıxları da yaddan çıxarmaq olmaz. Buradan Viləşçay su anbarına və Masallı şəhərinə gözəl mənzərə açılır. Kənddə ailələrin əksəriyyəti arıçılıqla məşğul olur. Şıxlar kəndi həm də ətirli heyvası ilə məşhurdur. Bütün rayon mərkəzinin təchiz edildiyi içməli su mənbəyini buradan götürür.

 

bir gözəl kənd Hişkədərədə yerləşən etnoqrafik muzey Masallı şəhərində müasir tərzdə tikilmiş yeni binaya köçürülüb. Muzeydə eneolit dövründən (e.ə. IV minillik) tutmuş XX əsrədək diyarın tarixini əks etdirən 8 mindən çox eksponat var.

  Masallının yüksək dağ kəndlərindən biri də Bədalandır. Talış dağlarının ən dadlı zirinci məhz burada yetişir. Məhsulu may ayından avqustadək toplayırlar. Qurudulmuş və üyüdülmüş zirincdən ət və balıq yeməklərində istifadə olunur.
 

Əhalisi 18 min olan Ərkivan qəsəbəsi isə hər kvadratkilometrinə düşən əhalinin sıxlığına görə rekordçudur. Burada hər kvadratkilometrə 220 nəfər düşür ki, bu da Çində olduğundan çoxdur. Bundan başqa, qəsəbə 37-dən çox bulağı ilə məşhurdur. AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад